Bu həftə ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskini Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyə yenidən çağırıb.
"PostMedia" “Bloomberg”ə istinadən xəbər verir ki, bu, Zelenskinin əvvəlki dəfələrlə etdiyi imtinalara baxmayaraq baş verib.
Qeyd olunur ki, ABŞ Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının bərpa olunmasına çalışır.
Zelenski BMT-də ABŞ lideri ilə görüşü zamanı səsləndirilən bu təklifi rədd edib. Ukrayna prezidentinin mövqeyindən xəbərdar olan şəxslərin sözlərinə görə, Trampın sözügedən məsələni gündəmə gətirməsi Zelenskinin narazılığına səbəb olub.