Rusiya ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən danışıqları alqışlayır.
"PostMedia" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin həmin təmasların onda qısqanclıq yaradıb-yaratmadığı barədə suala cavab verərkən bildirib.
“Qısqanclıq bir şeydir, bu, tamamilə başqa, humanitar xarakterli sahəyə – kişi ilə qadın arasındakı münasibətlərə aiddir. Beynəlxalq siyasətdə isə belə kateqoriyalardan istifadə olunmur”, – deyə o qeyd edib.
Putin vurğulayıb ki, danışıqların nəticələri həm dünya, həm də Rusiya iqtisadiyyatına təsir göstərəcək. Buna görə də Moskva Çin və ABŞ arasında əldə olunan istənilən müsbət razılaşmanı müsbət qiymətləndirir.