“Bəli, müzakirə etdik. Düşünürəm ki, hər şey bizim üçün yaxşı nəticələnəcək”.
"PostMedia" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Si Cinpinlə İran məsələsini müzakirə edib-etmədiyi barədə suala cavab verərkən bildirib.
“Amerika onun səfərindən çox məmnundur və əminəm ki, Çin də çox məmnundur. Bu, hər iki ölkə üçün əladır. Səfər çox, çox səmərəli oldu”, – deyə Tramp qeyd edib.