6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zelenski: "ABŞ BƏƏ-də Ukrayna və Rusiya ilə üçtərəfli görüş keçirməyi təklif edib"

25-sentyabr-2026, 16:05
Zelenski: "ABŞ BƏƏ-də Ukrayna və Rusiya ilə üçtərəfli görüş keçirməyi təklif edib"
Yazı Ölçüsü:

ABŞ Ukrayna, Rusiya və ABŞ arasında texniki səviyyədə üçtərəfli görüşün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilməsini təklif edib.

"PostMedia" “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə onlayn söhbəti zamanı bildirib.

Zelenskinin sözlərinə görə, ABŞ belə bir görüşün keçirilməsi üçün BƏƏ-ni mümkün məkan kimi təklif edib.

“Amerika tərəfi hazırlıq görməyi və texniki səviyyədə üçtərəfli formatda görüşməyi təklif edib. Görüşün tarixi ilə bağlı ABŞ-dan təklif gözləyirik. Məkan məsələsinə gəlincə, ABŞ Əmirlikləri təklif edib”, – deyə Ukrayna Prezidenti bildirib.

Vladimir Zelenski qarşıdakı üçtərəfli görüşü ABŞ Prezidenti Donald Trampla müzakirə etdiyini bildirib. İndi Ukrayna Prezidenti planlar barədə Avropalı müttəfiqlərini məlumatlandıracaq, ABŞ tərəfi isə Rusiya tərəfi ilə danışacaq.

“Prezidentlə görüşümüz oldu, ümumi məsələləri müzakirə etdik. Bundan sonra bizim danışıqlar qruplarımız ayrıca uzunmüddətli görüş keçirilməsini istədi və həmin görüşdə müvafiq detalları müzakirə etdik. Razılaşma belədir: biz bu detalları Avropa tərəfi ilə müzakirə edib onları məlumatlandıracağıq, amerikalılar isə ruslarla danışacaq və 10 gündən sonra bu və ya digər mövqe və nəticə ilə geri qayıdacağıq”, – deyə Zelenski bildirib.

Daha əvvəl Vladimir Zelenski Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli görüş üçün “G20” sammitinin Mayamidə keçirilə biləcəyini bildirmişdi. Lakin Kreml belə bir görüşü “mümkünsüz” adlandırmışdı.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031