6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

BMT-də Netanyahunun çıxışı Fələstinə dəstək şüarları və nümayəndələrin zalı tərk etməsi ilə müşayiət olunub

24-sentyabr-2026, 22:37
BMT-də Netanyahunun çıxışı Fələstinə dəstək şüarları və nümayəndələrin zalı tərk etməsi ilə müşayiət olunub
Yazı Ölçüsü:

İsrailin Baş naziri Benyamin Netanyahunun cümə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı etirazlar və nümayəndələrin bir qisminin nümayişkaranə şəkildə zalı tərk etməsi ilə müşayiət olunub.

"PostMedia" xarici KİV-lərə istinadən xəbə verir ki, çıxış başlamazdan əvvəl zalda Fələstinə dəstək şüarları səsləndirilib.

Etirazlar fonunda Netanyahunun çıxışına başlamaq gecikib. İştirakçıların bir hissəsi zalı tərk etdikdən sonra İsrailin Baş naziri onları “mənəvi qorxaqlar” adlandırıb.

Cümə axşamı daha əvvəl Nyu-Yorkda İsrailin siyasətinə qarşı etiraz aksiyaları keçirilib.

Eyni zamanda, çıxışdan əvvəl diqqət Netanyahunun Nyu-York meri Zoran Mamdani ilə münasibətlərinə yönəlib. Mamdani dəfələrlə İsrailin Baş nazirini hərbi cinayətkar adlandırıb və daha əvvəl Netanyahunun şəhərə səfəri zamanı onun həbs edilməsi imkanını araşdırıb. Daha sonra Mamdani bunun üçün müvafiq səlahiyyətlərinin olmadığını etiraf edib.

Netanyahu cümə axşamı səhər Nyu-Yorka gəlib. Onun ofisinin məlumatına görə, səfər çərçivəsində o, dünya liderləri ilə bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031