6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Təxminən 80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

24-sentyabr-2026, 21:32
Təxminən 80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib
Yazı Ölçüsü:

Təxminən 80 ölkə cümə axşamı Hörmüz boğazının dərhal açılmasını tələb edib və İranı, eləcə də onun müttəfiqi olan husiləri regionda həyata keçirilən hücumlara, beynəlxalq ticarətin pozulmasına və enerji təhlükəsizliyinə təhdid yaratmağa görə qınayıb.

"PostMedia" "Reutes"ə istinadən xəbər verir ki, bunu Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zayani BMT-də birgə bəyanatı səsləndirərkən bildirib.

“İranın Hörmüz boğazında həyata keçirdiyi fəaliyyətlər beynəlxalq təhlükəsizliyə, eləcə də gəmiçilik hüquq və azadlıqlarına təhdid yaratmaqda davam edir”.

“Biz həmçinin husilərin Yəməndə münaqişəni yenidən alovlandırmaq qərarını, Səudiyyə Ərəbistanına davam edən hücumlarını və Qırmızı dənizdə həyata keçirdikləri düşünülməmiş hücumları qətiyyətlə pisləyirik”, – bəyanatda deyilir.

Sənədi Körfəz ölkələrinin ərəb dövlətləri və aparıcı Qərb dövlətləri dəstəkləyib.

Bəyanatda həmçinin qeyd olunur ki, husilərin Bab əl-Məndəb boğazına doğru irəliləməsi beynəlxalq gəmiçilik, dəniz təhlükəsizliyi və qlobal ticarət üçün riskləri yalnız artıracaq.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031