6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

KXDR Xarici İşlər Nazirliyi Pxenyanın nüvə statusunun dəyişməz qalacağını bildirib

24-sentyabr-2026, 11:06
KXDR Xarici İşlər Nazirliyi Pxenyanın nüvə statusunun dəyişməz qalacağını bildirib
Yazı Ölçüsü:

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici siyasət qurumlarının rəhbərlərinin Koreya Xalq Demokatik Respublikasının (KXDR) tam nüvəsizləşdirilməsinə sadiq olduqlarını bildirdikləri son birgə bəyanat ölkənin nüvə statusuna təsir etməyəcək.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Şimali Koreyanın xarici işlər naziri Çve Son Hui bildirib.

“ABŞ və onun müttəfiqləri nüvəsizləşdirmə barədə nə qədər yüksək səslə danışsalar, dövlətimizin nüvə silahına sahib olmaq hüququnun legitimliyi və onu gücləndirmək zərurəti bir o qədər möhkəmlənəcək, ABŞ-a münasibətdə mövqeyimiz isə daha da sərtləşəcək”, – Çve Son Hui bildirib. Onun açıqlaması cümə axşamı Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) tərəfindən yayımlanıb.

Onun sözlərinə görə, ABŞ, Yaponiya və Cənubi Koreya birgə bəyanatları ilə “qarşıdurma xarakterini” nümayiş etdirirlər.

“Düşmən qüvvələrin ritorik bəyanatlarından asılı olmayaraq, KXDR-in nüvə dövləti statusunun əbədi olaraq toxunulmaz qalacağı faktı dəyişməyəcək. Mərkəzində nüvə silahına malik KXDR-in dayandığı geosiyasi arxitekturanın yenidən formalaşdırılması və möhkəmləndirilməsi isə qaçılmaz olacaq”, – nazir əminliklə bildirib.

Bazar ertəsi BMT Baş Assambleyası çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio, Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon KXDR-in nüvə proqramının inkişafına qarşı mübarizə aparmağa və ölkənin tam nüvəsizləşdirilməsinə nail olmağa hazır olduqlarını vurğulayıblar.

“Dövlət katibi və xarici işlər nazirləri KXDR-in tam nüvəsizləşdirilməsinə, həmçinin Şimali Koreyanın nüvə və raket proqramlarının maliyyələşdirilməsinin dayandırılmasına möhkəm sadiqliklərini bir daha təsdiqləyiblər”, – ABŞ Dövlət Departamentinin rəsmi saytında yayımlanan ölkələrin birgə bəyanatında deyilir.

Bununla yanaşı, tərəflər KXDR ilə dialoqa hazır olduqlarını bildirərək Pxenyana danışıqları bərpa etməyə çağırıblar ki, bu da “Koreya yarımadasında sülh və sabitliyin bərqərar olmasına töhfə versin”.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031