6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Moskvaya gəlib

25-avqust-2026, 10:35
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Moskvaya gəlib
Yazı Ölçüsü:

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvaya gəlib.

"PostMedia" xəbər verir ki, bu barədə "CBS News"un müxbiri anonim mənbələrə istinadən məlumat verib. Onun səfəri hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Eyni zamanda, "Reuters" agentliyi xəbər verir ki, çərşənbə axşamı Moskvanın Vnukovo hava limanına ABŞ-yə məxsus "Boeing C-17 Globemaster" hərbi-nəqliyyat təyyarəsi (qeydiyyat nömrəsi 07-7181) eniş edib. "Flightradar24" xidmətinin məlumatına görə, təyyarə Moskvaya Riqadan gəlib.

"Reuters" təyyarədə sərnişinlərin və ya yükün olub-olmadığını müəyyən edə bilməyib. Kremldən isə təyyarə barədə məlumatlarının olmadığı bildirilib.

Agentliyin məlumatına görə, təyyarə avqustun 23-də Vaşinqton yaxınlığındakı Merilend ştatında yerləşən "Camp Springs" aviabazasından Riqaya gəlib.

Məlumat təsdiqlənərsə, Retkliff Ukrayna münaqişəsinin nizamlanması məqsədilə Rusiyaya səfər edən ABŞ administrasiyasının ən yüksək vəzifəli rəsmilərindən biri olacaq.

Sonuncu dəfə ABŞ-yə məxsus təyyarə yanvar ayında Avropadan Rusiyaya birbaşa uçuş həyata keçirib. Həmin vaxt ABŞ-nin xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşner Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıblar.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31