6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avroluq "Dragon Ball Z" tematik parkı tikəcək

25-avqust-2026, 01:48
Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avroluq "Dragon Ball Z" tematik parkı tikəcək
Yazı Ölçüsü:

Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avro dəyərində tematik əyləncə parkının inşası barədə razılığa gəlib.

"PostMedia" xəbə verir ki, bu barədə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Parisə səfəri zamanı Yelisey Sarayı məlumat yayıb.

Park məşhur Yapon manqası və animesi olan "Dragon Ball Z" dünyasına həsr ediləcək. O, Parisin şimal-qərbində yerləşən Serji-Pontuaz bölgəsində inşa olunacaq. Yelisey Sarayının məlumatına görə, layihə təxminən 22 min iş yerinin yaradılmasına imkan verəcək.

Reuters-in məlumatına görə, layihə ideyası 2025-ci ildə Emmanuel Makronun Səudiyyə Ərəbistanına səfəri zamanı yaranıb. Bildirilir ki, həmin görüşdə iki lider «Dragon Ball Z»yə olan ortaq maraqlarını aşkar ediblər.

Tikintini Səudiyyə Ərəbistanının "Qiddiya" investisiya qrupu maliyyələşdirəcək. Layihə krallığın iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması və qlobal əyləncə bazarında iştirakının genişləndirilməsinə yönəlmiş daha geniş strategiyasının bir hissəsidir.

Parkın açılış tarixi hələ açıqlanmayıb. Avropanın ən böyük tematik əyləncə parklarından birinin tikintisinin bir neçə il davam edə biləcəyi gözlənilir.

Paris yaxınlığında malikanəsi olan Məhəmməd bin Salman nadir rəsmi səfər çərçivəsində Fransaya gəlib. O, bazar günü Makronla birlikdə Parisdə keçirilən kibersport üzrə dünya çempionatının bağlanış mərasimində iştirak edib.

Fransa hakimiyyəti "Dragon Ball Z" layihəsini ölkənin xarici investisiyalar üçün cəlbediciliyini qoruyub saxladığının göstəricisi kimi təqdim edir.

Bununla belə, nəhəng komplekslə bağlı əsas detalları hələ razılaşdırmaq lazımdır. İlkin məlumata görə, layihə çərçivəsində üç ayrı tematik əyləncə parkının yaradılması nəzərdə tutulur.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31