6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zelenski diplomatik komandada yeni təyinatların olacağını açıqlayıb

21-avqust-2026, 01:25
Zelenski diplomatik komandada yeni təyinatların olacağını açıqlayıb
Yazı Ölçüsü:

Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik komandanın yenilənməsinə yönəlmiş qərarların hazırlanması barədə açıqlama verib.

“PostMedia” xəbər verir ki, o xüsusilə Amerika istiqamətində yeni yanaşmalara ehtiyac olduğunu qeyd edib.

“Diplomatik komanda ilə bağlı qərarlar hazırlayırıq. Bəzi istiqamətlərdə, xüsusilə Amerikada yeni yanaşmalara ehtiyac var. Müvafiq məsləhətləşmələrdən sonra təyinatlar olacaq. Ukraynaya nəticələr lazımdır”, – deyə Zelenski avqustun 20-də axşam saatlarında yayımladığı videomüraciətdə bildirib.

Ukrayna Prezidenti konkret olaraq hansı kadr dəyişikliklərinin nəzərdə tutulduğunu və kimin hansı vəzifəyə təyin oluna biləcəyini açıqlamayıb.

Daha əvvəl, avqustun 3-də Zelenski Olqa Stefanişinanı ABŞ-də Ukraynanın səfiri vəzifəsindən azad edib. Avqustun 6-da Ali Antikorrupsiya Məhkəməsi onun barəsində qətimkan tədbiri olaraq 6 milyon qrivna məbləğində girov müəyyən edib. Stefanişina qanunsuz varlanmada və düzgün olmayan bəyannamə təqdim etməkdə şübhəli bilinir.

Daha əvvəl KİV-lər şəxsi səbəblərlə Stefanishinanın diplomatik xidmətini başa çatdırmağı özünün xahiş etdiyini bildirmişdilər.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031