6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya Yaponiyanı “analoji tədbirlər” görəcəyi ilə hədələyib

18-avqust-2026, 15:14
Rusiya Yaponiyanı “analoji tədbirlər” görəcəyi ilə hədələyib
Yazı Ölçüsü:
Avqustun 18-də Yaponiyanın Rusiyadakı səfiri Muto Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
PostMedia” Rusiya Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Qaluzin Yaponiya diplomatına Yaponiyanın Baş naziri S. Takaichi və xarici işlər naziri T. Moteginin Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Rusiyaya qarşı bəyanatlarına görə qəti etirazını bildirib.
Rusiya tərəfi Cənubi Kuril adaları üzərində Rusiyanın suverenliyi və yurisdiksiyasının toxunulmaz olduğunu bəyan edib. Moskvanın bildirdiyinə görə, bu ərazilər İkinci Dünya müharibəsinin nəticəsi olaraq Rusiyanın tərkibinə keçib və müttəfiq dövlətlərin müvafiq razılaşmaları və BMT Nizamnaməsi ilə təsbit olunub.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Yaponiya tərəfinin bu reallığı birbaşa və ya dolayı şəkildə şübhə altına almaq cəhdi qəbuledilməz və qanunsuzdur.
Moskva həmçinin Tokionun Rusiyaya qarşı “kollektiv Qərb”in sanksiya siyasətini davam etdirməsini və Yaponiyanın Kiyev rejiminə dəstəyini nəzərə alaraq, Rusiyanın adekvat cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31