6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Çin və ABŞ liderlərinin görüş poqramı hazırlanıb

18-avqust-2026, 14:35
Çin və ABŞ liderlərinin görüş poqramı hazırlanıb
Yazı Ölçüsü:
Si Çipin Trampla ABŞ-də keçirəcəyi görüş ərəfəsində BMT Baş Assambleyasında iştirak etməyəcək.
Mənbələr “Politico” nəşrinə bildiriblər ki, Çin lideri Si Cinpin sentyabrın sonunda ABŞ-a gözlənilən səfəri zamanı BMT Baş Assambleyasının iclasında çıxış etmək imkanından istifadə etməyəcək. Bu səfərin ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda planlaşdırılan görüşdən əvvəl baş tutacağı gözlənilir.
PostMedia” “BBC”yə istonadən xəbər verir ki, BMT Baş Assambleyasının 22 sentyabrda Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında işə başlaması, Si Tsinpinlə Donald Tramp arasında görüşün isə sentyabrın 24-də keçirilməsi planlaşdırılır. Çin liderinin ABŞ Prezidenti ilə görüşünün tarixi Ağ Ev tərəfindən də təsdiqlənib. “Politico”nun mənbələrinin məlumatına görə isə Si Cinpin sentyabrın 23-ü axşam ABŞ-a gələcək və sentyabrın 25-də ölkəsinə qayıdacaq.
“Politico” yazır ki, ABŞ-ın diplomatik dairələrində bir çoxları Si Tsinpinin ABŞ-a səfərindən BMT Baş Assambleyasında çıxış etmək və ABŞ-ın İranla uzunmüddətli müharibəsinə alternativ olaraq Çinin sülh yolu ilə beynəlxalq inkişaf planlarını təqdim etmək üçün istifadə edəcəyini düşünüb.
Si Tsinpin sonuncu dəfə 2015-ci ildə BMT-nin 70 illiyi münasibətilə Baş Assambleyada çıxış etmək üçün Nyu-Yorka səfər edib.
2021-ci ildə isə koronavirus pandemiyası səbəbindən videobağlantı vasitəsilə çıxış edən Si Cinpin nitqində ABŞ-ın Əfqanıstandakı uğursuzluğuna dolayı yolla toxunaraq inkişaf etməkdə olan ölkələri Çinin iqtisadi inkişaf modelinə əsaslanan post-Amerika dünya nizamını müzakirə etməyə çağırıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31