ABŞ Prezidenti Donald Tramp İranla heç bir danışıqların aparılmadığını və belə danışıqların planlaşdırılmadığını bildirib.
“PostMedia” xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
ABŞ Prezidenti eyni zamanda Hörmüz boğazının açıq olduğunu və fəaliyyət göstərdiyini, onun sözlərinə görə, bütün dəniz minalarının zərərsizləşdirildiyini və ya məhv edildiyini açıqlayıb.
“Hazırda İran İslam Respublikası ilə heç bir danışıqlar və ya əlaqələr aparılmır və heç bir danışıqlar planlaşdırılmır. Hərbi-dəniz blokadası tam qüvvədədir və fəaliyyətini davam etdirir. Hörmüz boğazı açıqdır və fəaliyyət göstərir. Bütün dəniz minaları zərərsizləşdirilib və ya məhv edilib”.