6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Yaponiya səfiri nəhayət Rusiya XİN-ə gedib

18-avqust-2026, 13:03
Yaponiya səfiri nəhayət Rusiya XİN-ə gedib
Yazı Ölçüsü:
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinə çağırışa cavab olaraq nazirliyə gedib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, diplomat binada təxminən 25 dəqiqə qaldıqdan sonra jurnalistlərin suallarını cavablandırmadan oranı tərk edib.
Muto Rusiya XİN-ə Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarından olan İturup adasına səfəri ilə bağlı Tokionun sərt reaksiyasına görə çağırılıb. Rusiya tərəfi Yaponiyanın səfərlə bağlı bəyanatlarını qəbuledilməz hesab edir.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin görüş zamanı Yaponiya səfirinə Moskvanın rəsmi etirazını çatdırıb. Rusiya XİN bildirib ki, Cənubi Kuril adaları üzərində Rusiyanın suverenliyini şübhə altına alan istənilən cəhd qəbuledilməz və qanunsuzdur.
Səfirin XİN-ə gəlişi ilk çağırışdan sonra baş tutub. O, daha əvvəl avqustun 14-də və 17-də nazirliyə gəlməyəcəyini bildirmişdi. Rusiya XİN rəhbəri Sergey Lavrov isə səfirin bu davranışının təəccüb doğurduğunu demişdi.
Məsələ Rusiya Prezidenti Vladimir Putinin avqustun 13-də İturup adasına ilk səfərindən sonra yaranıb. Yaponiya Baş naziri Sanae Takaichi səfəri “qəbuledilməz” adlandırıb, xarici işlər naziri Toşimitsu Motegi isə Tokionun İturupu Yaponiya ərazisi hesab etdiyini bildirib.
Qeyd: İturup, Kunəşir, Şikotan və Habomai adaları Yaponiya tərəfindən “Şimal əraziləri”, Rusiya tərəfindən isə Cənubi Kuril adaları kimi təqdim edilir. Ərazi mübahisəsi iki ölkə arasında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsinin imzalanmasına mane olan əsas məsələlərdən biridir.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31