6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Türkiyədən uçarkən həyatına təhlükə ilə əlaqədar təyyarəsini gizli şəkildə dəyişdirdiyini etiraf edib

12-avqust-2026, 09:54
Tramp Türkiyədən uçarkən həyatına təhlükə ilə əlaqədar təyyarəsini gizli şəkildə dəyişdirdiyini etiraf edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp ötən ay NATO sammitində iştirak etdikdən sonra Türkiyədən ayrılarkən həyatına təhlükə olduğu üçün təyyarəsini gizli şəkildə dəyişdirdiyini bildirib. O, bu qərarı ABŞ Məxfi Xidmətinin göstərişlərinə uyğun olaraq verdiyini deyib.

"PostMedia" xəbər verir ki, bu barədə "CBS News"yayıb.

“Bu, yalnız Məxfi Xidmətdən asılıdır”, – Tramp "CBS News" müxbirinin sualına cavab olaraq bildirib.

“Sadəcə Məxfi Xidmətin və hərbçilərin göstərişlərinə əməl edirəm. Onlar istəyirdilər ki, mən başqa reyslə, başqa təyyarə ilə uçum. Eyni səviyyədə təhlükəsizliyin təmin olunacağını dedilər. Bunu etməyimi istədilər və mən də etdim. Mən onların dediklərini edirəm”, – ABŞ prezidenti qeyd edib.

İyulun 8-də Ankaradakı hava limanında ABŞ prezidentini gizli şəkildə Air Force One təyyarəsindən başqa bir təyyarəyə keçiriblər. Buna səbəb ABŞ kəşfiyyatının İran və onun dəstəklədiyi qüvvələrin Trampın Türkiyədən ayrılacağı təyyarəyə raket zərbəsi endirməyə hazırlaşdığı barədə etibarlı məlumat əldə etməsi olub.

Təhdidin xarakteri ilə bağlı suala Tramp belə cavab verib: “Düşünürəm ki, təhlükə həqiqətən mövcud olub. Bu barədə xüsusi olaraq çox sorğu-sual etməmişəm. Mənə tez-tez hədə-qorxu gəlirlər”.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31