6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp sursat çatışmazlığını etiraf edib

11-avqust-2026, 16:36
Tramp sursat çatışmazlığını etiraf edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp ölkədə sursat çatışmazlığının yaranmasının səbəblərindən birinin əvvəlki prezident Co Baydenin Ukraynaya böyük həcmdə yardım göstərməsi olduğunu bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

“Onlar bu barədə danışmağı sevmirlər. Mən də Ukraynaya dəstək verirəm, amma onlar bunun pulunu ödəməlidirlər, Avropa İttifaqına ödəməlidirlər. Mən Ukrayna ilə işləmirəm. Mən Avropa İttifaqına pul köçürürəm. Onların pulları var və bütün pulu dollarla ödəyirlər”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ-da sursat ehtiyatlarının azalması ilə bağlı son günlər müxtəlif məlumatlar yayılıb. Bununla belə, Tramp daha əvvəl ölkənin “böyük miqdarda sursata” malik olduğunu və yeni istehsal güclərinin yaradıldığını bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031