6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Baş nazir: “Rusiya dövlətimizə qarşı cinayət törədib”

11-avqust-2026, 18:25
Baş nazir: “Rusiya dövlətimizə qarşı cinayət törədib”
Yazı Ölçüsü:

“Gürcüstan ərazilərini işğal edən yeganə dövlət və yeganə tərəf, təbii ki, Rusiya Federasiyasıdır. Bu, çox açıq faktdır”.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

“İşğala gəldikdə isə burada hər şey tamamilə aydındır. Bu məsələ ilə bağlı çoxsaylı açıqlamalar verilir və artıq əlavə izahata ehtiyac yoxdur.

Əlbəttə, Rusiya Federasiyası Gürcüstan ərazisinin 20 faizini işğal edib və bu, Gürcüstan dövlətinə və xalqımıza qarşı törədilmiş cinayət idi. Bu, Gürcüstan dövləti və gürcü xalqına qarşı törədilmiş tamamilə açıq cinayətdir. Bu, işğal idi və daha sonra qondarma tanınma baş verdi”, – deyə Kobaxidze bildirib. Gürcüstanın Birinci Kanalı xəbər verir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31