6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ hərbçilərinin ölümünə görə İrandan kompensasiya tələb edəcək

10-avqust-2026, 21:25
ABŞ hərbçilərinin ölümünə görə İrandan kompensasiya tələb edəcək
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İranın amerikalı hərbçilərin ölümü ilə bağlı kompensasiya tələb edəcəyini bildirib.

PostMedia” xəbər verir ki, Tramp Vaşinqtonun həmçinin İranda son 50 il ərzində keçirilən etiraz aksiyalarının iştirakçılarının ailələrinə görə də Tehran tərəfindən kompensasiya ödənilməsini zəruri hesab etdiyini deyib.

ABŞ liderinin sözlərinə görə, İran son beş ay ərzində baş vermiş hərbi münaqişə nəticəsində dəymiş zərərə görə kompensasiya tələb edirsə, Vaşinqton da İrandan ölən və ağır yaralanan amerikalı hərbçilərə görə kompensasiya tələb edə bilər.

Tramp bu məsələnin gələcək bütün danışıqlarda ABŞ nümayəndələri tərəfindən qəti şəkildə gündəmə gətirilməsi barədə göstəriş verdiyini bildirib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Daha sonra Vaşinqton və Tehran arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma əldə edilsə də, ABŞ iyulun 8-nə keçən gecə İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31