6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ankara, İslamabad və Ər-Riyad birgə hərbi təlimlər keçirəcək

10-avqust-2026, 14:28
Ankara, İslamabad və Ər-Riyad birgə hərbi təlimlər keçirəcək
Yazı Ölçüsü:

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə texaqnologiyaları sahəsində əməkdaşlığı genişləndirəcək, hərbi təcrübə mübadiləsi aparacaq və birgə təlimlər keçirəcək.

PostMedia” xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb. Məlumata görə, üç ölkə arasında hərbi əməkdaşlığı nəzərdə tutan Məkkə sazişi Türkiyə parlamentinin payız sessiyasında ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Saziş çərçivəsində ilk addım kimi hərbi personal mübadiləsinin həyata keçirilməsi planlaşdırılır. Birgə təlimlərin isə mümkün böhran vəziyyətlərində üç ölkənin silahlı qüvvələri arasında operativ uyğunluğun artırılmasına xidmət edəcəyi bildirilir.

Bundan əlavə, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sənayesi sahəsində də fəal əməkdaşlıq etmək, istehsal, texnoloji və elmi-tədqiqat imkanlarından birgə istifadə etmək niyyətindədir.

Qeyd edək ki, Məkkə sazişi avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Sazişə əsasən, tərəflərdən birinə hücum bütün iştirakçılara qarşı təcavüz kimi qiymətləndiriləcək.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31