İranda "Buşehr" Atom Elektrik Stansiyasının yeni enerji bloklarının binalarının tikintisi davam edir.
"PostMedia" xəbər verir ki, bunu "Rosatom"un rəhbəri Aleksey Lixaçov açıqlayıb.
«Məhz tikinti sahəsində 2 və 3 nömrəli enerji bloklarının əsas və köməkçi binalarının tikintisi davam edir, həmçinin hidrotexniki qurğularda hazırlıq işləri aparılır», - deyə Lixaçov bildirib. Bu barədə RİA Novosti xəbər verir.
«Buşehr» Atom Elektrik Stansiyasının yeni enerji blokları Rusiyanın iştirakı ilə inşa edilir.