6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Pezeşkian: "İranın düşmənlərinin süni intellektə əsaslanan hesablamaları iflasa uğrayıb"

10-avqust-2026, 17:54
Pezeşkian: "İranın düşmənlərinin süni intellektə əsaslanan hesablamaları iflasa uğrayıb"
Yazı Ölçüsü:
İranın düşmənlərinin süni intellekt məlumatlarına, casus şəbəkələrinə, muzdlu qüvvələrə və ölkə daxilindəki tərəfdarlarına əsaslanan planları iflasa uğrayıb. Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
"PostMedia" xəbər verir ki, məlumatı "Tasnim" yayıb.
Pezeşkian bazar ertəsi Tehranda universitetdə keçirilən konfransda çıxışı zamanı İslam İnqilabının rəhbəri ayətullah Seyid Əli Xameneinin ölkənin idarə olunmasında uzaqgörənliyini və müdrikliyini vurğulayıb. O, İranın hazırkı sabitliyi və təhlükəsizliyinin Xameneinin rəhbərliyi ilə əlaqəli olduğunu bildirib.
İran prezidenti qeyd edib ki, qarşı tərəf ölkədə sabitliyi pozmaq və təzyiqi artırmaqla İranı aclıq, talan və sosial böhran vəziyyətinə gətirməyi planlaşdırıb.
“Lakin süni intellekt məlumatlarına, casus şəbəkələrinə, muzdlu qüvvələrə və onların ölkə daxilindəki nümayəndələrinə əsaslanan hesablamaları bir-birinin ardınca iflasa uğradı”, – deyə Pezeşkian bildirib.
Pezeşkian İsrail və ABŞ-nin İranın enerji və elektrik infrastrukturu da daxil olmaqla müxtəlif obyektlərinə zərbələr endirməsini də xatırladıb.
“Biz təcavüzə, ədalətsizliyə və təhdidlərə qarşı dayanmalı və heç vaxt baş əyməməliyik”, – deyə İran prezidenti vurğulayıb.
Onun sözlərinə görə, düşmənlər İran xalqını diz çökdürməyə çalışsalar da, iranlılar möhkəmlik nümayiş etdirərək müqavimət göstəriblər.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31