6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp: "Bizə raketlər lazımdır"

07-avqust-2026, 13:15
Tramp: "Bizə raketlər lazımdır"
Yazı Ölçüsü:

ABŞ prezidenti Donald Tramp Co Bayden administrasiyasını Kiyevə verilən hərbi yardıma görə Amerika sursat ehtiyatlarını tükəndirməkdə günahlandırıb.

"PostMedia" xəbər verir ki, Tramp Baydenin Zelenskiyə 300 milyard dollarlıq sursat veridiyini iddia edib: "Mən gedəndə hər şey (sursatla — red.) dolu idi və o, bunun çox hissəsini bağışlayıb, indi biz onu bərpa edirik".

Müxbirin Vaşinqtonun Kiyevə Patriot zenit-raket sistemləri və uzaqmənzilli raketlər verib-verməyəcəyi barədə sualına ABŞ prezidenti belə cavab verib: "Bizə də raketlər lazımdır".

Qeyd edək ki, Rusiyanın Kiyevə gecə hücumlarından sonra Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna silahlı qüvvələrində Patriot zenit-raket sistemləri üçün tutucu raketlərin kəskin çatışmazlığı olduğunu bildirib. “Tərəfdaşların bu vəsaitlərin mümkün ssenarilər üçün anbarlarda deyil, burada və indi lazım olduğunu eşitməsi çox vacibdir”, - deyə Ukrayna Prezidenti ABŞ-a müraciət edib. 

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31