6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Türkiyə naziri: "Avropa bizi Rusiya qazını tədarük etməməyə çağırıb"

07-avqust-2026, 13:18
Türkiyə naziri: "Avropa bizi Rusiya qazını tədarük etməməyə çağırıb"
Yazı Ölçüsü:

"Avropalı tərəfdaşlarımız bizə yaxınlaşaraq Türkiyə vasitəsilə Rusiyadan kənar qaz almaq istədiklərini bildiriblər" -  bunu, jurnalistlərə açıqlamasında Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.   

O əlavə edib ki, Türkiyənin illik qaz istehlakı 60 milyard kubmetr olsa da, ölkə 70-80 milyard kubmetr qaz qəbul edə bilən infrastruktur yaradıb.

"PostMedia" xəbər verir ki, Bayraktar açıqlmasınasında İraqla imzalanan yeni müqavilənin Türkiyəyə boru kəməri ilə neftin nəqlindən ildə təxminən 500 milyon dollar gəlir gətirəcəyini vurğulayıb. Onun sözlərinə görə, məqsəd Türkiyəni qlobal enerji dəhlizinin mərkəzi mərkəzinə çevirmək, eləcə də 2028-ci ilə qədər 16 milyon ev təsərrüfatını qazla təmin etməkdir. 

O, Türkiyənin təkcə öz ehtiyaclarını ödəmədiyini, həm də Avropadakı enerji böhranının həllində əsas oyunçuya çevrildiyini qeyd edib. 

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930