6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Pezeşkian: "İranın yeni ali rəhbəri haqqında formalaşan ictimai obraz reallığı əks etdirmir"

06-avqust-2026, 01:59
Pezeşkian: "İranın yeni ali rəhbəri haqqında formalaşan ictimai obraz reallığı əks etdirmir"
Yazı Ölçüsü:

İran Prezidenti Məsud Pezeşkian ölkənin yeni ali rəhbəri ilə görüşlərindən danışaraq onun məntiqli, səbirli və dialoqa açıq olduğunu bildirib.

"PostMedia"nın məlumatına görə, İran KİV-lərinə müsahibəsində Pezeşkian qeyd edib ki, ali rəhbərlə dəfələrlə ölkədaxili problemləri və hökumətin fəaliyyətini müzakirə edib.

Onun sözlərinə görə, həmin görüşlərdə o, fikirlərini açıq şəkildə ifadə edə bilib, qarşı tərəf isə bunlara anlayış və məntiqlə yanaşıb.

“Əxlaqı, məntiqi və təvazökarlığı baxımından gördüyüm insan həqiqətən də müstəsna idi”, – deyə Pezeşkian bildirib.

İran prezidenti əlavə edib ki, yeni ali rəhbər barədə ictimai məkanda formalaşan təsəvvür onun şəxsi müşahidələri ilə üst-üstə düşmür.

Onun sözlərinə görə, ali rəhbərə aid edilən bəzi açıqlamalar şəxsi görüşlər zamanı müşahidə etdiyi yanaşmadan fərqlənir.

Pezeşkian vurğulayıb ki, mövcud şəraitdə birbaşa ünsiyyətin və mövcud problemlərin açıq müzakirəsinin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31