İran Prezidenti Məsud Pezeşkian xalqa televiziya müraciətində bildirib ki, müharibələr və sanksiyalar vasitəsilə İranda “Suriya ssenarisi”ni həyata keçirmək cəhdləri əhalinin ayıq-sayıqlığı və vətəndaşların hakimiyyətlə əməkdaşlığı sayəsində iflasa uğrayıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Prezidentin sözlərinə görə, İran xalqının dözümlülüyü və qətiyyəti ölkəyə qarşı hazırlanan planların qarşısını alıb.
Pezeşkian qeyd edib ki, cəmiyyətin birliyi İranın xarici təzyiqlərə qarşı müqavimət göstərməsinə imkan verən əsas amildir.
O bildirib ki, İranın əleyhdarları ölkənin müstəqilliyi və inkişafı istiqamətində atılan istənilən addıma qarşı çıxırlar.
Daxili siyasətdən danışan Pezeşkian son aylarda baş verən hadisələr zamanı həlak olmuş İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin hökumətə dəstək verdiyini vurğulayıb.
“Əgər mərhum liderin dəstəyi olmasaydı, bu qədər irəli gedə bilməzdik”, – deyə İran prezidenti bildirib.
Pezeşkian əlavə edib ki, son iki ildə üzləşdiyi bütün çətinliklərə baxmayaraq, İran “güclü və ləyaqətli dövlət” olaraq qalır.