ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların nəticələrinin yaxın 48 saat ərzində bəlli olacağını açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Biz bunu 48 saat ərzində biləcəyik", – deyə Tramp bildirib.
Onun sözlərinə görə, əgər İran yenidən mövqeyindən geri çəkilərsə, "çox sərt şəkildə cəzalandırılacaq". "Onlar bunu bilir, bunu başa düşürlər", – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp həmçinin bildirib ki, Hörmüz boğazı artıq müəyyən qədər açıqdır. "Biz boğaza tam nəzarət edirik", – deyə o əlavə edib.