6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ İraqdan qoşunlarını tam çıxarmağa başlayıb – "Al-Monitor"

31-iyul-2026, 21:01
ABŞ İraqdan qoşunlarını tam çıxarmağa başlayıb – "Al-Monitor"
Yazı Ölçüsü:

ABŞ hərbçiləri İraq Kürdüstanında, Ərbil hava limanı ətrafında yerləşən son qüvvələrinin İraqdan çıxarılmasına başlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Al-Monitor" nəşri mənbələrə istinadən məlumat yayıb.

Yaxınlaşan raketləri, pilotsuz uçuş aparatlarını və digər hədəfləri aşkarlamaq və məhv etmək üçün nəzərdə tutulmuş "Patriot" zenit-raket kompleksləri artıq hərbi obyektin ərazisindən çıxarılıb.

Qoşunların çıxarılması ötən həftə başlayıb və hazırda da davam edir.

ABŞ hərbçilərinin və onların ağır texnikasının əsas hissəsi artıq İraqdan çıxarılıb.

Bütün "Patriot" zenit-raket batareyaları naməlum istiqamətə yerləşdirilib.

Regional rəsmilər qoşunların çıxarılmasını planlaşdırılmış proses kimi qiymətləndirərək bunun ABŞ-nin Bağdadla əldə olunmuş razılaşmaya əsasən sentyabrın 30-dək bütün qüvvələrini İraqdan çıxarmaq öhdəliyinə uyğun olduğunu bildiriblər.

Lakin İran və onun dəstəklədiyi qrupların hücumlarının davam etməsi fonunda ABŞ qüvvələrinin çıxarılması kürdləri olduqca həssas vəziyyətdə qoyub.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31