ABŞ Prezidenti Donald Tramp İranla sülh danışıqlarına imkan verməyə hazırdır, lakin bunun üçün Tehran ilk növbədə atəşkəs şərtlərini qəbul etməlidir.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ-li rəsmiyə istinadən "New York Post" məlumat yayıb.
"Bu, istənilən danışıqların əsasını təşkil edir. Danışıqlar atəşkəslə başlayır və buna ilk növbədə İran razı olmalıdır", – deyə qəzetin mənbəsi bildirib.
"ABŞ Prezidenti mümkün qədər tez razılıq əldə etmək istəyini çox aydın şəkildə ifadə edib. Lakin iranlılar gəmilərə, ABŞ bazalarına və Fars körfəzindəki ABŞ-nin müttəfiqlərinə hücumlarını davam etdirsələr, bunun çox ağır bədəlini ödəməli olacaqlar", – deyə mənbə əlavə edib.
*"New York Post"*un məlumatına görə, tərəflər texniki məsləhətləşmələri davam etdirir və vasitəçilər vasitəsilə əlaqə saxlayırlar.
Bundan əvvəl, iyulun 30-da Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tahir Andrabinin sözlərinə görə, ABŞ ilə İran arasında münaqişənin nizamlanması üzrə danışıqlar davam edir və Pakistan İslamabad memorandumunun şərtlərinə əməl olunması üçün əlindən gələni edir.