6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zelenski: "Rusiya Şimali Koreya raketlərindən yenidən istifadə etməyə başlayıb"

31-iyul-2026, 19:44
Zelenski: "Rusiya Şimali Koreya raketlərindən yenidən istifadə etməyə başlayıb"
Yazı Ölçüsü:

Rusiya ordusu iyulun 30-na keçən gecə Ukraynaya endirdiyi kütləvi zərbələr zamanı Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə edib.

"PostMedia" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, raket Dnepropetrovsk vilayətinin Raduşnoye yaşayış məntəqəsini hədəf alıb. Hücum nəticəsində 5 nəfər, o cümlədən 2 uşaq həlak olub. Zelenski bildirib ki, bunlar ilkin məlumatlardır və raketin qalıqları əlavə ekspertizadan keçiriləcək.

"Bütün faktlar yoxlanılacaq. Lakin hazırda məlum olan odur ki, bu, Şimali Koreya istehsalı olan ballistik raketdir. Moskva cinayətkarları ilə Şimali Koreyanın aqressiv rejimi arasında bu ittifaq raketlərin hazırlanması, Avropada və sərhədlərimiz yaxınlığında Şimali Koreya hərbçilərinin yerləşdirilməsi və ukraynalı uşaqların öldürülməsi üçün yaradılıb", – deyə Zelenski vurğulayıb.

Reuters agentliyinin hərbi mənbəsinin məlumatına görə, Dnepropetrovsk vilayətinə hücum zamanı Ukraynanın radiolokasiya sistemləri Şimali Koreyanın KN-23 və ya KN-24 qısa mənzilli ballistik raketlərinə xas trayektoriyalar qeydə alıb.

Hələlik bu tip raketlə yalnız bir zərbə təsdiqlənib. Mənbə bildirib ki, Rusiya 2023-cü ilin sonundan Şimali Koreya raketlərindən istifadə etsə də, ötən ilin avqustundan bu praktika dayandırılmışdı. Reuters-in həmsöhbəti ehtimal edir ki, Moskva yeni sursat partiyası əldə edib və bununla hava hücumlarını gücləndirməyə çalışır.

Mənbənin sözlərinə görə, Şimali Koreya raketləri Rusiya istehsalı olan "İskəndər" raketləri ilə müqayisədə daha güclü döyüş başlığına və daha uzaq uçuş məsafəsinə malikdir, lakin dəqiqlik baxımından onlardan geri qalır.

Bundan əvvəl Zelenski Rusiyanın Şimali Koreyadan daha 30 min hərbçi qəbul etməyə hazırlaşdığını, həmçinin yeni ballistik raket buraxılış qurğuları əldə etməyi planlaşdırdığını bildirmişdi.

Onun sözlərinə görə, Rusiya Pxenyana döyüş təcrübəsi ötürür və silahların təkmilləşdirilməsinə kömək edir ki, bu da "Şimali Koreya raketlərinin çatdığı məsafədə yerləşən Asiya dövlətləri üçün birbaşa təhlükədir".

"Biz bunu cavabsız qoymayacağıq və müqavimət göstərəcəyik", – deyə Zelenski vurğulayıb.

Bundan əvvəl Ukrayna tərəfi Rusiyanın Şimali Koreyanın ballistik raket texnologiyalarından istifadə etməklə öz silahlarını modernləşdirdiyini bildirmişdi. Məlumata görə, Moskva öz raket komplekslərini daha dağıdıcı və effektiv etmək üçün KN-23 raketlərinin bəzi texniki həllərini tətbiq edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31