6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zelenski Türkiyə ilə azad ticarət sazişini imzalayıb

31-iyul-2026, 22:15
Zelenski Türkiyə ilə azad ticarət sazişini imzalayıb
Yazı Ölçüsü:

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə Türkiyə arasında azad ticarət haqqında sazişi ratifikasiya edən qanunu imzalayıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Yevropeyskaya pravda" nəşri məlumat yayıb.

Ölkələr arasında imzalanan saziş ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək, Ukrayna və Türkiyə istehsalçıları üçün satış bazarlarını genişləndirəcək. Sənəddə, həmçinin bir sıra mallara tətbiq olunan gömrük rüsumlarının qarşılıqlı ləğvi nəzərdə tutulur.

Ali Rada sazişi iyulun 14-də ratifikasiya edib.

Öz növbəsində Türkiyə Ukrayna ilə azad ticarət zonası haqqında sazişi 2024-cü il avqustun 2-də ratifikasiya edib.

Ukrayna və Türkiyə azad ticarət zonası haqqında sazişi hələ 2022-ci il fevralın 3-də imzalayıb. Sazişin hazırlanması prosesi isə 15 il davam edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31