6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Netanyahu Tramp ilə HƏMAS razılaşmasına görə fikir ayrılığını təsdiqləyib

04-avqust-2026, 21:21
Netanyahu Tramp ilə HƏMAS razılaşmasına görə fikir ayrılığını təsdiqləyib
Yazı Ölçüsü:

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Qəzza zolağında vəziyyətin nizamlanmasına dair Sülh Şurasının təqdim etdiyi planla bağlı fikir ayrılığı yaşadığını bildirib. O, Qəzzanın bərpası mərhələsinə keçməzdən əvvəl HƏMAS-ın tam tərksilah edilməsinin vacib olduğunu vurğulayıb.

Netanyahu bildirib ki, Trampla HƏMAS-la əldə olunan son razılaşma ilə bağlı fikir ayrılıqlarını gizlətmir. Onun sözlərinə görə, HƏMAS silahsızlaşdırılmalı, Qəzza zolağı isə bərpa mərhələsinə keçilməzdən əvvəl hərbsizləşdirilməlidir.

"PostMedia" xəbər verir ki, "Al Jazeera" Netanyahunun bu açıqlamaları Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenovla görüşdən sonra verdiyini yazıb.

Telekanalın məlumatına görə, İsrail Qəzza zolağının Fələstin hissəsini İsrail Müdafiə Ordusunun (SAXAL) nəzarət etdiyi ərazidən ayıran demarkasiya xəttindən qoşunlarını çıxarmağı planlaşdırmır.

Bundan əvvəl İsrail rəsmiləri Sülh Şurasının təqdim etdiyi planın ölkənin tələblərinə cavab vermədiyini və regiondakı maraqlarına zidd olduğunu bəyan etmişdilər. Hakimiyyət HƏMAS tam tərksilah olunana qədər qoşunların geri çəkilməyəcəyini açıqlamışdı.

Eyni zamanda, "The Times of Israel" yazıb ki, Sülh Şurasının nümayəndələri və adları açıqlanmayan ABŞ rəsmiləri İsrailin mövqeyindən narazılıq ifadə ediblər. Onların sözlərinə görə, İsrail hakimiyyəti planın müddəaları ilə artıq bir neçə aydır tanış idi.

Ötən həftə Donald Tramp bildirib ki, Sülh Şurasının təklif etdiyi razılaşma HƏMAS-ın tam tərksilah edilməsini nəzərdə tutur. Plana əsasən, hərəkat silahsızlaşdırıldıqdan sonra İsrail qoşunları regionu tərk etməli, beynəlxalq sabitləşdirmə qüvvələri isə yeni Fələstin polisi ilə birlikdə Qəzza sakinlərinin və ətraf ərazilərin təhlükəsizliyini təmin etməlidir.

HƏMAS nümayəndələri isə dəfələrlə bəyan ediblər ki, İsrail Qəzza zolağını tərk etməyən və əvvəlki atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyənədək silahı yerə qoymayacaqlar.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31