6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ xaricdəki beş diplomatik nümayəndəliyini bağlamağı planlaşdırır

04-avqust-2026, 10:22
ABŞ xaricdəki beş diplomatik nümayəndəliyini bağlamağı planlaşdırır
Yazı Ölçüsü:
ABŞ Dövlət Departamenti xaricdə yerləşən beş diplomatik nümayəndəliyin bağlanması niyyəti ilə bağlı Konqresi məlumatlandırıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.
Məlumata görə, söhbət ABŞ-nin Qrenadadakı səfirliyinin, Yaponiyanın Naqoya, İndoneziyanın Medan və Kanadanın Vinnipeq şəhərlərindəki baş konsulluqlarının, eləcə də Kamerunun Duala şəhərində yerləşən ABŞ səfirliyinin bölməsinin bağlanmasından gedir.
Reuters qeyd edir ki, ABŞ-nin xaricdəki diplomatik şəbəkəsinin eyni vaxtda bu miqyasda ixtisara salınması hər hansı konkret geosiyasi hadisə ilə əlaqəli deyil.
ABŞ Dövlət Departamenti nümayəndəliklərin bağlanması planlarını birbaşa təsdiqləməsə də, qurum xaricdə ABŞ-ın "effektiv və səmərəli" diplomatik təmsilçiliyini təmin etməyə çalışdığını və bu prosesdə Konqresin məlumatlandırılması ilə bağlı müəyyən edilmiş prosedurlara riayət etdiyini bildirib.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31