6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zalujnı: “Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq”

04-avqust-2026, 01:41
Zalujnı: “Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq”
Yazı Ölçüsü:

Ukraynanın Böyük Britaniyadakı səfiri, general Valeri Zalujnı hesab edir ki, Ukraynanın NATO-ya üzvlük perspektivi real deyil. O, bu barədə Kiyevdə keçirilən səfirlərin ümumi müşavirəsində Avro-Atlantik inteqrasiya məsələlərinə həsr olunmuş müzakirələr zamanı danışıb.

PostMedia” xəbər verir ki, bu barədə “Yevropeyskaya pravda” məlumat yayıb.

Zalujnı bildirib ki, uzun illər NATO standartlarının tətbiqi istiqamətində çalışıb və hər il Ukraynanın yaxın zamanda alyansa qəbul olunacağı ilə bağlı vədlər eşidib.

“NATO-nu çox yaxşı tanıyıram. Təxminən 12 il NATO standartlarını mənimsəməyimiz üçün çalışmışam və hər il ‘tezliklə NATO-ya daxil olacaqsınız’ nağıllarını eşitmişəm. Təəssüf ki, biz heç vaxt NATO-ya üzv olmayacağıq”, – deyə general vurğulayıb.

Onun fikrincə, buna səbəb Ukrayna Silahlı Qüvvələrinin inkişaf səviyyəsinin deyil, NATO-nun hələ də köhnə hərbi doktrinalarla fəaliyyət göstərməsidir.

Zalujnı alyansın imkanlarını da tənqid edib və bildirib ki, NATO yaxın illərdə də indiki formada qalacaq.

Bununla yanaşı, o qeyd edib ki, Ukraynanın hava-raketdən müdafiə, kosmik texnologiyalar və digər sahələrdə NATO ölkələrinin malik olduğu texnologiyalara ehtiyacı var.

General hesab edir ki, Ukraynanın təhlükəsizlik zəmanətləri NATO-dan deyil, gələcəkdə formalaşa biləcək yeni hərbi ittifaqlardan keçəcək.

Onun sözlərinə görə, Ukrayna gələcəkdə Avropa hərbi təhlükəsizlik blokuna qoşula bilər. Zalujnı həmçinin Birləşmiş Ekspedisiya Qüvvələri (JEF) formatını da perspektivli təhlükəsizlik mexanizmi kimi qiymətləndirib və Ukraynanın bu quruma üzvlük istiqamətində daha fəal işləmədiyindən təəssüfləndiyini bildirib.

Qeyd edək ki, hazırda JEF üzvləri üçün NATO-dakı kimi kollektiv müdafiə öhdəliyi nəzərdə tutulmur. Bununla belə, təşkilata üzv olan 10 ölkə yaxın zamanda NATO-nu tamamlayacaq çoxmillətli dəniz qüvvələrinin yaradılması ilə bağlı niyyət memorandumunu imzalayıb. Ukrayna isə artıq JEF ilə genişləndirilmiş tərəfdaşlıq sazişinə qoşulub.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31