İraqın baş nazirinin mətbuat katibi Sabah ən-Numan bildirib ki, ölkənin baş naziri Əli əz-Zayidi silahlı qüvvələrin ayıqlığının və döyüş hazırlığının maksimum səviyyəyə qaldırılması barədə göstəriş verib.
"PostMedia" xəbər verir ki, bu barədə "Middle East Eye" məlumat yayıb.
Qərara əsasən, ordunun müasir radiolokasiya sistemləri, erkən xəbərdarlıq vasitələri və hava hücumundan müdafiə sistemləri ilə təchiz olunması üzrə proqramların icrası da sürətləndiriləcək.
Bundan əvvəl ABŞ və Səudiyyə Ərəbistanı İraq silahlı qüvvələrinin tərkibinə inteqrasiya olunmuş "Həşd əş-Şaabi" qüvvələrinə məxsus hərbi bazalara zərbələr endirmişdi. Bu hadisədən sonra Bağdad təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.