6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rustem Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib

03-avqust-2026, 16:02
Rustem Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Yazı Ölçüsü:

Ukrayna prezidenti Volodimir Zelenskinin imzaladığı fərmana əsasən, Rustem Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bununla yanaşı, Ukraynanın keçmiş daxili işlər naziri İqor Klimenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) yeni katibi vəzifəsinə gətirilib.

Səfirlərlə görüşdə çıxış edən Zelenski bildirib ki, bu həftə MTMŞ-nin Ukraynanın qış mövsümünə hazırlığına həsr olunmuş xüsusi iclası keçiriləcək.

Rustem Umerov 2023–2025-ci illərdə Ukraynanın müdafiə naziri vəzifəsində çalışıb. O, 2025-ci ilin iyul ayından etibarən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi idi. Umerov həmçinin ABŞ və Rusiya ilə aparılan danışıqlarda Ukrayna nümayəndə heyətinin əsas iştirakçılarından biri olub.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031