Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi Rusiya ilə müharibəni qış başlamazdan əvvəl başa çatdırmaq üçün maksimum səy göstərəcək.
"PostMedia"nın yerli KİV-ə istinadən məlumatına görə, Zelenski Rusiyanı mümkün qədər tez sülhə məcbur etməli olan növbəti addımları da açıqlayıb.
"Diplomatlarımızın bu il əsas vəzifəsi tərəfdaş ölkələrlə münasibətlərdə Ukrayna hökumətinin xarici siyasət kursuna tam dəstəyin təmin edilməsidir", – deyə Ukrayna lideri bildirib.
Zelenski qeyd edib ki, diplomatik səylərin, Rusiyaya qarşı tətbiq olunan uzaqmənzilli zərbə imkanlarının, beynəlxalq tərəfdaşların sanksiya təzyiqinin və digər tədbirlərin nə vaxt nəticə verəcəyini hələlik tam dəqiqliklə söyləmək mümkün deyil.