6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Əlcəzair parlamenti tarixdə ilk dəfə qadın sədr seçib

29-iyul-2026, 10:36
Əlcəzair parlamenti tarixdə ilk dəfə qadın sədr seçib
Yazı Ölçüsü:
Əlcəzair parlamentinin aşağı palatası – Milli Xalq Assambleyası çərşənbə axşamı axşam öz tarixində ilk dəfə qadını sədr seçib.
"PostMedia" xəbər verr ki, bu barədə Le Figaro məlumat yayıb.
Ölkənin dördüncü ən yüksək vəzifəli şəxsi vəzifəsinə paytaxtın daxil olduğu Əlcəzair vilayətindən seçilmiş deputat, həkim-allergoloq Xalida Bufedeş gətirilib.
Nəşr qeyd edir ki, Bufedeş Əlcəzairin müstəqilliyi uğrunda mübarizənin əsas siyasi qüvvələrindən biri olmuş və hazırda hakimiyyətə yaxın mövqeyi ilə tanınan "Milli Azadlıq Cəbhəsi" (MAC) partiyasının üzvüdür.
Məlumata görə, son parlament seçkilərində MAC ən çox mandat qazanan siyasi qüvvə olub – 407 yerdən 91 mandat əldə edib.
Seçkilərdə seçici fəallığı isə cəmi 21,24% təşkil edib ki, bu da Əlcəzair tarixində ən aşağı göstərici hesab olunur.
Milli Xalq Assambleyasına qadının rəhbər seçilməsinə baxmayaraq, ümumilikdə parlamentdə qadın deputatların sayı olduqca azdır. Yeni çağırışda qadınlar cəmi 25 mandat qazanıb ki, bu da ümumi yerlərin 6,14%-ni təşkil edir.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31