6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fransa rusiyalı jurnalist Kseniya Fyodorovanın ölkədən çıxarılması barədə qərar verib

29-iyul-2026, 20:27
Fransa rusiyalı jurnalist Kseniya Fyodorovanın ölkədən çıxarılması barədə qərar verib
Yazı Ölçüsü:
Fransa Rusiyanın RT telekanalının sabiq əməkdaşı, jurnalist Kseniya Fyodorovanın ölkədən çıxarılması barədə qərar qəbul edib. O, Fransa mediası vasitəsilə Kremlin təbliğatını yaymaqda ittiham olunur.
"PostMedia" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Fransa Daxili İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumata görə, qərar Fyodorovanın televiziya və radio çıxışlarından Rusiya narrativlərini təşviq etmək məqsədilə istifadə etməsi ilə bağlı ittihamlarla əlaqədardır.
Dezinformasiya üzrə ekspertlər daha əvvəl RT telekanalının sabiq jurnalistinin təsiri barədə xəbərdarlıq etmiş, xüsusilə də gələn il Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində bunun narahatlıq doğurduğunu bildirmişdilər.
"Libération" qəzetinin məlumatına görə, deportasiya qərarında qeyd olunur:
"Fyodorova Rusiyanın hakimiyyət orqanlarının təşkil etdiyi və guya Fransada ictimai sabitliyi pozmağa yönəlmiş dezinformasiya kampaniyalarının iştirakçısı olub."
RT-nin Fransadakı bölməsi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından bir il sonra – 2023-cü ildə fəaliyyətini dayandırıb. Lakin telekanal bağlandıqdan sonra Fyodorova Fransa media məkanında fəaliyyətini davam etdirərək, mühafizəkar milyarder Vensan Bollorenin media holdinqi ilə əlaqəli nəşrlərdə şərhçi kimi çıxış edib.
O, mütəmadi olaraq CNews televiziya kanalında, Europe 1 radiosunda çıxış edir, həmçinin Le Journal du Dimanche qəzetində köşə yazıları dərc etdirir. Tənqidçilərin fikrincə, o, həmin platformalarda Ukrayna və Rusiyanın Qərblə münasibətləri ilə bağlı Kremlin mövqeyini təbliğ edir.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31