6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ərdoğan Ukrayna və Rusiya arasında danışıqların keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib

09-iyul-2026, 07:27
Ərdoğan Ukrayna və Rusiya arasında danışıqların keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitinin yekunlarına dair mətbuat konfransında Ukraynada və Yaxın Şərqdəki müharibələrə son qoymaq üçün diplomatik səylərin yenidən bərpa edilməsinə çağırıb. O bildirib ki, region artıq yeni münaqişələrə tab gətirə bilməz.

"PostMedia" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

O, terrorizmin hələ də “NATO-nun təhlükəsizliyinə qarşı iki əsas təhdiddən biri” olaraq qaldığını vurğulayıb və qeyd edib ki, alyans bu təhlükə ilə mübarizədə səmimi həmrəyliyini qorumalıdır.

Ukraynadakı müharibədən danışan Ərdoğan bildirib ki, münaqişə beşinci ilinə qədəm qoyub və böyük itkilərlə müşayiət olunan yorucu bir müharibəyə çevrilib.

“Bu yorucu müharibə hər ay on minlərlə insanın həyatına son qoyan qırğın maşınına çevrilib”, – deyə o bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə münaqişənin başlanğıcından etibarən ardıcıl şəkildə dialoq və diplomatiyanın tərəfdarı olub və Ankaranın danışıqların keçirilməsinə dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib.

“Ədalətli sülhdə məğlub olan tərəf olmur. Bir daha bəyan etmək istəyirəm ki, tərəfləri yenidən Türkiyədə bir araya gətirməyə hazırıq”, – deyə Ərdoğan bildirib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031