6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün İranda 90-a yaxın hərbi hədəfə zərbə endirdiyini açıqlayıb

09-iyul-2026, 08:48
ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün İranda 90-a yaxın hərbi hədəfə zərbə endirdiyini açıqlayıb
Yazı Ölçüsü:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə endirilən növbəti zərbələr zamanı təxminən 90 hərbi hədəfin vurulduğunu bəyan edib.
"PostMedia" xəbər verir ki, komandanlığın açıqlamasında bildirilir:
“CENTCOM qüvvələri İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və dinc mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflətmək məqsədilə İrana qarşı növbəti zərbə mərhələsini başa çatdırıb”.
Məlumata görə, zərbələrin hədəfləri bunlar olub:
İranın hava hücumundan müdafiə sistemləri;
sahil kəşfiyyat vasitələri;
raket və pilotsuz uçuş aparatlarının (PUA) anbarları;
hərbi dəniz obyektləri;
İran sahilləri boyunca yerləşən hərbi-logistika infrastrukturu.
CENTCOM-un məlumatına əsasən, bundan əvvəl ABŞ qüvvələri təxminən 80 İran hərbi obyektinə də zərbələr endirmişdi. Həmin hədəflər arasında İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik hərbi kater də olub.
ABŞ tərəfi bildirib ki, bu əməliyyatlar İranın atəşkəsi pozaraq Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücum etməsinə cavab olaraq həyata keçirilib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031