6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Pakistan ABŞ və İranı təmkinli olmağa çağırıb

08-iyul-2026, 22:01
Pakistan ABŞ və İranı təmkinli olmağa çağırıb
Yazı Ölçüsü:

Pakistan ABŞ və İranı təmkin nümayiş etdirməyə və Yaxın Şərqdə münaqişənin dayandırılmasına yönəlmiş İslamabad Anlaşma Memorandumunun şərtlərinə əməl etməyə çağırıb.

"PostMedia" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, vasitəçilik etdiyi razılaşma çərçivəsində bütün tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.

"Bütün tərəfləri İslamabad Anlaşma Memorandumu üzrə öhdəliklərinə əməl etməyə və təmkin nümayiş etdirməyə çağırırıq", – deyə bəyanatda vurğulanıb.

Bəyanat ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlamasından sonra səsləndirilib. Bildirilir ki, bu vəziyyət daha əvvəl əldə olunmuş atəşkəs və gərginliyin azaldılması ilə bağlı razılaşmaları risk altına salır.

Pakistan bundan əvvəl də Vaşinqton və Tehran arasında gərginliyin azaldılması və regionda yeni eskalasiyanın qarşısının alınması məqsədilə aparılan danışıqlarda vasitəçi kimi çıxış edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930