6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zelenski Başqırdıstana endirilən zərbəni təsdiqləyib

08-iyul-2026, 14:26
Zelenski Başqırdıstana endirilən zərbəni təsdiqləyib
Yazı Ölçüsü:

Ukraynanın “uzaqmənzilli sanksiyaları” Saratov vilayətinə, Tatarıstana və Başqırdıstana çatıb.

"PostMedia" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Telegram" kanalında yazıb. Bundan əlavə, Ukrayna qoşunları Voronej vilayətinə də zərbə endirib.

Zelenskinin sözlərinə görə, Saratov vilayətində və Tatarıstanda neft emalı zavodları vurulub. O, Başqırdıstana endirilən zərbənin nəticələri barədə isə heç bir məlumat verməyib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Saratov vilayətində və Nijnekamskda yerləşən neft emalı zavodlarına hücum edildiyini bildirmişdi, lakin Başqırdıstan rəsmi məlumatda qeyd olunmamışdı.

Ufa neft emalı zavoduna hücum edildiyi barədə monitorinq kanalları məlumat yaymışdı. Başqırdıstan hakimiyyəti pilotsuz uçuş aparatları (PUA) təhlükəsi elan etmiş, Ufa hava limanı isə fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırmışdı. Hadisənin nəticələri barədə yerli hakimiyyət orqanları məlumat verməmişdi.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031