6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Sloveniya NATO-da hərbi xərclər üzrə hədəf göstəricisini yerinə yetirməyən yeganə ölkə ola bilər

08-iyul-2026, 00:15
Sloveniya NATO-da hərbi xərclər üzrə hədəf göstəricisini yerinə yetirməyən yeganə ölkə ola bilər
Yazı Ölçüsü:

Sloveniyanın bu il NATO-nun müdafiə xərcləri ilə bağlı əsas öhdəliyini yerinə yetirməyən alyansın 32 üzvü arasında yeganə ölkə olacağı gözlənilir.

"PostMedia" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə NATO-nun dərc etdiyi hesabatda bildirilir.

Alyansın yeni məlumatlarına görə, ÜDM-in (ümumi daxili məhsulun) 2%-ni müdafiə xərclərinə ayırmaqla bağlı hədəf göstəriciyə çatmayan ölkələrin sayı üçdən birə enəcək.

Əvvəllər bu göstəricini yerinə yetirməyən ölkələr sırasında Çexiya və Albaniya da var idi. Lakin NATO-nun qiymətləndirməsinə əsasən, bu il hər iki ölkə tələb olunan səviyyəyə çatacaq. Eyni zamanda, Albaniya Şimali Atlantika Alyansının növbəti sammitinə ev sahibliyi edəcək.

Hesabatda qeyd olunur ki, sənədin hazırlanması zamanı istifadə olunan məlumatlar 3 iyul tarixinə olan vəziyyəti əks etdirir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031