6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Paşinyan: "Ermənistan Avrasiya İqtisadi İttifaqında gələcək iştirakında maraqlıdır"

06-iyul-2026, 16:32
Paşinyan: "Ermənistan Avrasiya İqtisadi İttifaqında gələcək iştirakında maraqlıdır"
Yazı Ölçüsü:

Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) gələcək iştirakını davam etdirməkdə və təşkilatın mexanizmlərinin səmərəli işləməsində maraqlıdır.

"PostMedia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yekaterinburqda Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü zamanı bildirib.

"Biz Aİİ-də iştirakımızın davam etməsində maraqlıyıq və istəyirik ki, Aİİ haqqında müqavilədə nəzərdə tutulmuş mexanizmlər planlı qaydada fəaliyyət göstərsin. Hesab edirəm ki, bu, Avrasiya İqtisadi İttifaqının gələcək inkişafının maraqlarına uyğundur", – deyə Paşinyan bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031