6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

BƏƏ ABŞ və İsrail üçün gizli hərbi baza tikir

06-iyul-2026, 15:09
BƏƏ ABŞ və İsrail üçün gizli hərbi baza tikir
Yazı Ölçüsü:

Berbera şəhərinin kənarında yerləşən hava limanının ərazisində hərbi infrastrukturun tikintisi davam edir.

"PostMedia" xəbər verir ki, Fransanın "Le Monde" nəşri burada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), ABŞ və İsrailin birgə istifadə edəcəyi hərbi baza yaradıldığını yazıb.

Peyk görüntüləri ərazidə genişmiqyaslı torpaq işlərinin aparıldığını, o cümlədən yeraltı obyektlərin inşa edildiyini göstərir. Təhlükəsizlik sahəsindəki mənbələrin qiymətləndirməsinə əsasən, bu obyektlər sursat və yanacaq anbarı kimi istifadə oluna bilər.

Nəşrin yazdığına görə, tikintinin ən fəal mərhələsi 2025-ci ilin dekabrında İsrailin Somalilendin müstəqilliyini tanıması ilə eyni dövrə təsadüf edib. Məqalə müəlliflərinin fikrincə, bu, İsrailin İranın dəstəklədiyi husilərin fəaliyyət göstərdiyi Yəmən sahillərinə yaxın Ədən körfəzi bölgəsində strateji dayaq məntəqəsi yaratmaq planı ilə bağlı ola bilər.

Le Monde bildirir ki, tikinti işlərini BƏƏ 2017-ci ildə Somalilendlə imzalanmış hərbi əməkdaşlıq sazişi çərçivəsində həyata keçirir. Nəşrin mənbələri iddia edirlər ki, obyekt ABŞ və İsrailin maraqları nəzərə alınmaqla da inşa edilir. Lakin tərəflər belə üçtərəfli razılaşmanın mövcudluğunu rəsmi şəkildə təsdiqləməyiblər.

Məqalədə həmçinin qeyd olunur ki, İsrailin hərbi qurumlarının nümayəndələri artıq Berberaya səfər ediblər, ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının (AFRICOM) nümayəndə heyətləri isə obyekti mütəmadi olaraq yoxlayırlar.

Mənbələrin qiymətləndirməsinə görə, Vaşinqton Berberanı Cibutidə yerləşən hərbi bazasına mümkün alternativ kimi nəzərdən keçirir. ABŞ qüvvələrinin Cibutidə husilərə qarşı əməliyyatlar aparmaq imkanlarının məhdud olduğu bildirilir.

Xatırladaq ki, Berbera limanı və hava limanı Qırmızı dənizin girişində, dünya dəniz ticarətinin ən mühüm marşrutlarından biri olan Bab əl-Məndəb boğazının yaxınlığında yerləşdiyi üçün mühüm strateji əhəmiyyət daşıyır.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031