6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Kaya Kallas Türkiyəyə səfər edəcək

29-iyun-2026
Kaya Kallas Türkiyəyə səfər edəcək
Yazı Ölçüsü:

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas iyunun 29-30-da Türkiyəyə səfər edəcək və bu çərçivədə ölkənin xarici işlər naziri Hakan Fidanla danışıqlar aparacaq.

"PostMedia" xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidməti məlumat yayıb.

Kallasla birlikdə Türkiyəyə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos və daxili işlər və miqrasiya məsələləri üzrə avrokomissar Maqnus Brunner də gələcək.

Səfər iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti ərəfəsində baş tutacaq. Gözlənilir ki, tərəflər Avropa İttifaqına namizəd ölkə və NATO müttəfiqi statusuna malik olan Türkiyə ilə Aİ arasında münasibətlərin hazırkı vəziyyətini müzakirə edəcəklər.

Bundan əlavə, danışıqlar zamanı qeyri-sabit geosiyasi şəraitdə mövcud olan ümumi çağırışlar və əməkdaşlığın yeni istiqamətləri də müzakirə olunacaq.

Bu, Kaya Kallasın Türkiyəyə ikinci rəsmi səfəri olacaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930