6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ərdoğan: "Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yaxın gələcəkdə nəticələr əldə edilməlidir"

29-iyun-2026, 04:50
Ərdoğan: "Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yaxın gələcəkdə nəticələr əldə edilməlidir"
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaxın gələcəkdə konkret nəticələrin əldə edilməsinin vacibliyini vurğulayıb.

"PostMedia" xəbər verir ki, bu barədə o, İstanbulda NATO Parlament Assambleyasının iştirakçıları qarşısında çıxışı zamanı bildirib.

“Xüsusilə qeyd etmək istəyirəm ki, yaxın dövrdə Rusiya-Ukrayna müharibəsinin nizamlanması məsələsində nəticələr əldə etməliyik. Bu isə dialoq yolu ilə həyata keçirilməlidir. Hər iki tərəflə dialoq qura bilən, effektiv proseslərə təşəbbüs göstərən və ədalətli mövqeyi sayəsində hər iki tərəfin etimadını qazanan bir müttəfiq olaraq biz bundan sonra da sülh təşəbbüslərinə fəal şəkildə töhfə verməyə davam edəcəyik”, 

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031