6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Paşinyan: "Rusiyanın məhdudiyyətləri Ermənistanın iqtisadi aktivliyinə təsir göstərməyib"

29-iyun-2026, 20:27
Paşinyan: "Rusiyanın məhdudiyyətləri Ermənistanın iqtisadi aktivliyinə təsir göstərməyib"
Yazı Ölçüsü:

"Rusiyanın ayrı-ayrı erməni ixracatçılarına tətbiq etdiyi müvəqqəti məhdudiyyətlər ölkənin ümumi makroiqtisadi göstəricilərinə kritik təsir göstərməyib və Ermənistan iqtisadiyyatı yüksək aktivlik nümayiş etdirməyə davam edir".

"PostMedia" xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Rusiyanın sanksiyaları və idxal məhdudiyyətlərinin hətta indiyədək Rusiyaya yumurta və ya əlaqəli məhsullar ixrac etməmiş erməni quşçuluq şirkətlərini də əhatə etməsi ilə bağlı suala cavab verən Paşinyan qeyd edib ki, bu tədbirlər səbəbindən həmin müəssisələrin fəaliyyətində faktiki olaraq heç nə dəyişməyib. Onun sözlərinə görə, dövlət statistikası Ermənistan bazarının xarici şoklara qarşı dayanıqlığını aydın şəkildə nümayiş etdirir.

“Özünüz də görə bilərsiniz ki, iqtisadi aktivlik göstəricisi təkcə bu ilin may ayında 11 faiz təşkil edib, yanvar-may dövrü üzrə isə illik müqayisədə 8 faizi ötüb. Təsir hər zaman olur, lakin rəqəmlər özləri hər şeyi göstərir”, – deyə Paşinyan bildirib.

O əlavə edib ki, aidiyyəti dövlət qurumları yekun nəticələr çıxarmaq üçün vəziyyətin ətraflı təhlilini davam etdirirlər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031