6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

NATO-nun yeni baş katibi o ola bilər

29-iyun-2026
NATO-nun yeni baş katibi o ola bilər
Yazı Ölçüsü:

Böyük Britaniyanın baş naziri Kir Starmerin, hakim Leyboristlər Partiyasının lideri vəzifəsindən ayrılacağını elan etməsindən sonra, 2028-ci ildə boşalacaq NATO-nun baş katibi postu ilə maraqlandığı ehtimal olunur.

"PostMedia" xəbər verir ki, bu barədə "The Observer" qəzeti mənbə göstərmədən yazıb.

Nəşrin məlumatına görə, siyasi təcrübəsinə baxmayaraq, Starmerin mövcud hökumətin və alyans daxilində əsas müttəfiqlərin davamlı dəstəyi olmadan bu vəzifəni tutmaq şansı azdır.

Eyni zamanda, siyasətçinin tərəfdarları onun beynəlxalq əlaqələrinə diqqət çəkir və Avropa liderlərinin son G7 sammiti zamanı ona hörmət nümayiş etdirdiklərini vurğulayırlar. Həmçinin qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətləri Britaniyanın siyasi dairələrində “çox yaxın” kimi qiymətləndirilir.

Hazırda NATO-nun baş katibi vəzifəsini Mark Rütte tutur. O, 2024-cü ildə bu postda Yens Stoltenberqi əvəz edib.

Starmer Leyboristlər Partiyasının lideri vəzifəsindən ayrılacağını iyunun 22-də elan edib və partiyadaxili seçkilər başa çatanadək baş nazir vəzifəsində qalacaq. Həmin seçkilərin yay aylarında keçirilməsi nəzərdə tutulur.

Onun istefası fonunda Böyük Britaniyanın siyasi həyatında böhran daha da dərinləşib. Bu, müdafiə və silahlı qüvvələr nazirlərinin istefaları, eləcə də müdafiə xərcləri və ordunun modernləşdirilməsi proqramları ətrafında yaranmış fikir ayrılıqları ilə əlaqələndirilir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930