6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Vuçiç avqustda istefa verməyə hazırlaşır

29-iyun-2026, 22:48
Vuçiç avqustda istefa verməyə hazırlaşır
Yazı Ölçüsü:

Serbiya Prezidenti Aleksandar Vuçiç avqustun əvvəlində və ya sentyabrın əvvəlində istefasını elan edə biləcəyini və ölkədə növbədənkənar parlament seçkilərinin yaxın üç-dörd ay ərzində keçirilə biləcəyini açıqlayıb.

"PostMedia" xəbər verir ki, Vuçiç gələcək siyasi planları ilə bağlı qərarın açıq şəkildə elan ediləcəyini və vətəndaşlar üçün sürpriz olmayacağını bildirib. Eyni zamanda, o, prezidentlikdən getdikdən sonra baş nazirliyə namizəd olub-olmadığı ilə bağlı suala cavab verməyib.

Daha əvvəl, 27 iyunda Vuçiç "bir neçə həftə ərzində" dövlət başçısı vəzifəsindən istefa verəcəyini və hakim Serbiya Proqressiv Partiyasının qarşıdan gələn parlament seçkilərində qalib gəlməsinə kömək etmək niyyətində olduğunu açıqlamışdı. Bundan əvvəl o, növbədənkənar səsvermənin sentyabrın sonu ilə noyabrın ortaları arasında keçirilə biləcəyini bildirmişdi.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31